[Təlimat #2]: Profil səhifəsinə ikonların əlavə edilməsi
İkonlar Bölməsinə Keçin
Profil səhifənizə ikonlar əlavə etmək üçün əvvəlcə profil səhifənizin üst hissəsində yerləşən İkonlar bölməsini seçin. Daha sonra sağ üst tərəfdə + düyməsini basın.
İkonlar tabını seçdikdən sonra sağ üst küncdə yerləşən + düyməsinə kliklədikdə, yeni bir ikon sizin səhifənizə əlavə olunacaq. Bu ikonu sağdakı nümunə ekranında görə bilərsiniz. Eyni zamanda, bu ikonla əlaqəli forma İkonlar tabında görünəcək.
İkon üstünə kliklədikdə müxtəlif funksiyanı yerinə yetirə bilər. İkon, düymə və diğər səhifə elementlərin növləri arasındakı fərqləri daha ətraflı izah edən əlavə məqaləni buradan oxuya bilərsiniz.
Bir neçə müxtəlif ikon növü mövcuddur. İkonun növünü seçmək üçün, "Vebsayt" dəyəri ilə əvvəlcədən seçilmiş olan açılan menyuya klikləyərək mövcud növlərinin siyahısını görə bilərsiniz.
İkon növünü seçdikdən sonra, formada göstərilən düymələr vasitəsi ilə ikonun özünü və görünüşünü təyin edə bilərsiniz.
İkonu dəyişmək üçün üstünə basaraq axtarış pəncərəsini aça bilərsiniz. Axtarış pəncərəsində ikon seçərkən, ikon adlarını ingilis dilində yazmağınız xahış olunur.
Səhifəyə istədiyiniz sayda ikon əlavə edə bilərsiniz. Əlavə elədiyiniz ikonların ardıcıllığını dəyişmək üçün sol tərəfdəki düymələri basaraq formanı aşağı və ya yuxarı sürüşdürün.
Profil Səhifəsinin Yaradılması Qaydası - Video Təlimat
Növbəti addımlar...
Təlimat #3 - Əsas məzmunun əlavə edilməsi
Təlimat #4 - Fonun dəyişdirilməsi
Təlimat #5 - Şablonlardan istifadə
Təlimat #6 - QR koddan istifadə
Bu təlimatların hər biri ilə profilinizi daha funksional və müasir hala gətirə bilərsiniz.