[Təlimat #3]: Profil səhifəsinə əsas məzmunun əlavə edilməsi
Əsas Məzmun Bölməsinə Keçin
Profil səhifənizə əsas məzmun əlavə etmək üçün əvvəlcə profil səhifənizin üst hissəsində yerləşən Əsas Məzmun bölməsini seçin. Daha sonra sağ üst tərəfdə + düyməsini basın.
Əsas Məzmun tabını seçdikdən sonra sağ üst küncdə yerləşən + düyməsinə kliklədikdə, kiçik bir münu açılacaq. Oradan siz səhifəyə əlavə etmək istədiyiniz elementi seçə bilərsiniz. Adlarından aydın olduğu kimi bunlar düymə, kart (üstündə şəkil və ya mətn yerləşdirilən, kliklənə bilən element), mətn və ya ara xətt. Gəlin öncə bir düymə əlavə edək. Yeni bir düymə sizin səhifənizə əlavə olunacaq. Bu düyməni sağdakı nümunə ekranında görə bilərsiniz. Eyni zamanda, bu düymə ilə əlaqəli forma Əsas Məzmun tabında görünəcək.
Düymə və kart üstünə kliklədikdə müxtəlif funksiyanı yerinə yetirə bilər. Düymə, kart və digər səhifə elementlərin növləri arasındakı fərqləri daha ətraflı izah edən əlavə məqaləni buradan oxuya bilərsiniz.
Bir neçə müxtəlif düymə növü mövcuddur. Düymənin növünü seçmək üçün, "Vebsayt" dəyəri ilə əvvəlcədən seçilmiş olan açılan menyuya klikləyərək mövcud növlərinin siyahısını görə bilərsiniz.
Düymənin növünü seçdikdən sonra, formada göstərilən elementlər vasitəsi ilə düymənin özünü və görünüşünü təyin edə bilərsiniz.
Düymənin ikonunu dəyişmək üçün, ikonun üstünə basaraq axtarış pəncərəsini aça bilərsiniz. Axtarış pəncərəsində ikon seçərkən, ikon adlarını ingilis dilində yazmağınız xahış olunur.
Səhifəyə istədiyiniz sayda düymə, kart, mətn, ara xətt əlavə edə bilərsiniz. Əlavə elədiyiniz düymlərin, kartların, mətnlərin və yara ara xətlərin ardıcıllığını dəyişmək üçün sol tərəfdəki düymələri basaraq formanı aşağı və ya yuxarı sürüşdürün. Hər bir səhifə elementinin formasında ona uyğun görünüş və s. tənzimləmələr var.
Profil Səhifəsinin Yaradılması Qaydası - Video Təlimat
Növbəti addımlar...
Təlimat #4 - Fonun dəyişdirilməsi
Təlimat #5 - Şablonlardan istifadə
Təlimat #6 - QR koddan istifadə
Bu təlimatların hər biri ilə profilinizi daha funksional və müasir hala gətirə bilərsiniz.